ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Səni dəfn edəndə ağlamamışdım.

Oxundu: 159

Bilmirəm qəmlənim, yoxsa sevinim,

Fələk qəzəbini bərk edən gündü,

Bir ellər gözəli ata evini,

Bir ana dünyanı tərk edən gündü.


Dərddən yarpaqlarım solur, tökülür,

Gözlərim boğulur çeşmi-giryanda,

Toyda oturanlar danışıb gülür,

Susub ağlayıram mən də bir yanda.


Durduğum yerdəcə əyildim sanki,

Bir qırıq hıçqırıq qopdu sinəmdən,

Şadlıq sarayında deyildim sanki,

Bir yas çadırında oturmuşdum mən.


Nədir bu dünyada əbədi olan,

Bir murad şəmiyəm, sönmüşəm, ana,

İçində bir ana cəsədi olan

Canlı cənazəyə dönmüşəm, ana.


Mən illər öncəsi səni itirdim,

Çəkdim sənsizliyin qəhrini bol-bol,

Səni ürəyimdə toya gətirdim,

Gözümün yaşını silmədin bir yol.


Dağın dağ dərdi var, dərd boyda dağam,

Köksümə sancılan hicran oxudur,

Toy boyu gözlərim artistə muğam,

Könlüm əfəndi quran oxudur.


Çağladım, çeşmələr çağlayan kimi,

Qəlbləri bu qədər dağlamamışdım,

Anacan, bu toyda ağlayan kimi

Səni dəfn edəndə ağlamamışdım.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Aprel 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov