ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Dünyanı

Oxundu: 238

Həyat yollarında yerimək olmur,

Qapsayıb hörümçək toru dünyanı,

Aqillər susduqca alıb başına,

Tutub cahillərin xoru dünyanı,

İlahi, sən özün qoru dünyanı.


Ayı, günəşi də söndürüb tamam,

Damarda qanı da dondurub tamam,

Alçaldıb, çökdürüb, endirib tamam

Zorba kişilərin zoru dünyanı,

İlahi, sən özün qoru dünyanı.


Nə olsun, hiyləgər baş qatır yenə,

Mələklər şeytana daş atır yenə,

Qoymur dağılmağa, yaşadır yenə

Çörəyi dünyanı, şoru dünyanı,

İlahi, sən özün qoru dünyanı.


Yatmayır mərdləri, çəkir keşiyi,

Döndərir cənnətə evi-eşiyi,

Gələn körpələrin güllü beşiyi,

Ölən uluların goru dünyanı,

İlahi, sən özün qoru dünyanı.


Fələk fitnə-feli körükləsə də,

İblisi qəlblərə hörükləsə də,

Hər görən zülmətə sürükləsə də,

İşığa yönəldir koru dünyanı,

İlahi, sən özün qoru dünyanı.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov