ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Çata bilmirəm

Oxundu: 163

Qızdıran çağına eşq atəşinin

Mən çata bilmirəm, çata bilmirəm,

Doğan məqamına bəxt günəşinin

Mən çata bilmirəm, çata bilmirəm.


Payızda köç edən durna dəsinə,

Səmada sərnişin təyyarəsinə,

Ağlaş sədasına, gülüş səsinə

Mən çata bilmirəm, çata bilmirəm.


Qələmim dirənib dəlicəsinə

Ömrümün yarımçıq dəftərçəsinə,

Bülbüllər ötüşür gül həvəsinə,

Mən çata bilmirəm, çata bilmirəm.


Qalır qarış-qarış geridə yollar,

Inanma, bu dərdi əridə yollar,

Xeyrə də uzanır, şərə də yollar,

Mən çata bilmirəm, çata bilmirəm.


“Dayan!” əmri verir ürək bədənə,

Gözüm tamarzıdır əlim yetənə,

Məndən bircə addım öndə gedənə

Mən çata bilmirəm, çata bilmirəm.


Hər sözü qoşsaydım söz xətirinə,

Bağım bələnməzdi gül ətirinə,

Şeir varağımın son sətirinə

Mən çata bilmirəm, çata bilmirəm.


Yıxılb dururam gündə yüz kərə,

Həsəd aparıram öndəkilərə,

Sözlərim yetişir getdiyi yerə,

Mən çata bilmirəm, çata bilmirəm.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov