ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

İÇİMƏ DÜŞÜB İTMİŞƏM

Oxundu: 153

Yol verin, ölüm çəkilsin,

Rəvamı zülm çəkilsin,

Üfürün, külüm çəkilsin,

Közümü göstərin görüm.


Ağ atları yəhərləyən,

Ürəkləri sehirləyən,

Bığ yeri təzə tərləyən

Sözümü göstərin görüm.


Sünbül saçımdı dən tutan,

Çəlikdir əlimdən tutan,

Yalanı dilimdən tutan

Düzümü göstərin görüm.


Haqlayıb gurşadı məni,

Nisgilə qurşadıb məni,

Dərd kimə oxşadıb məni,

Üzümü göstərin görüm...


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov