ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

UCALIQ

Oxundu: 193

Bir Bakı evinin zirzəmisində

Bir qaçqın əyalı tutmuşdu qərar,

Günlərin bir günü bir süfrə açıb,

Qohum-qonşuları çağırmışdılar.


Bir Bakı evinin zirzəmisində

Məclis nə arəstə, nə rəvan idi,

Yolu qapansa da gün işığının,

Könül şəfəqləri çıraqban idi.


Bir Bakı evinin zirzəmisində

Udduğum qardaşlıq havasıydımı,

Halal adamların girib-çıxdığı

Bu ev bir qarışqa yuvasıydımı?!


Sözlər səmimiydi, alınlar açıq,

Təravət hopurdu ürəyə, cana.

Bir Bakı evinin zirzəmisindən

Ucalıq gəlirdi Azərbaycana.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov