ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BİR DƏQİQƏ SÜKUT

Oxundu: 176

Bir dəqiqə sükut... bu matəm günü,

Qəhərdən boğulaq, gözümüz dolsun,

Qoy hər kəs yad etsin öz ölüsünü,

Hərə öz dərdinə başdaşı olsun.


Dağların dumanı qəlblərə çöksün,

Hamı sükut etsin bir nəfər kimi,

Hamı yetim-yetim boynunu büksün,

Dərsini bilməyən şagirdlər kimi.


Süzülsün gözlərdən yaş narın-narın,

Torpaq udmayanı qəm kədər udsun,

Zamanın nəbzini tutmayanların

Zaman özü gəlib nəbzini tutsun.


Elə könülləri anaq ki bu gün,

Qara buludları qar, dolu tökər,

Oğlunu itirmiş analar üçün

Bir dəqiqə sükut bir ömür çəkər.


Bir dəqiqə sükut... ayağa qalx sən,

Qapıl yaddaşına, gözlərini yum.

Bir dəqiqə sükut edə bilməyən

Bir millət ömürlük sükuta məhkum.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov