ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

MÜKƏDDƏR BİR QADIN

Oxundu: 183

Mükəddər bir qadın, məyus bir qadın,

Durub pəncərədən baxır həyata,

Düşünür, bu şoran dünyada çətin

Fidan arzuları bitə, boy ata.


Bir zaman taleyi min yelkən açmış,

Tapınmış bəxtinin aydınlığına,

Sevdiyi oğlana qoşulub qaçmış,

Qaçmış qızlığından qadınlığına.


Hissin xumarında titrəmiş səsi,

Eşqin alovunu canına çəkmiş,

Köhnə çarpayının qumru nəğməsi

Beşiyin dilindən düşməyəcəkmiş.


Bir gün ayrılmışlar, qəribə işdir,

Hökm etmiş baharın ortasında qış,

Onları təsadüf birləşdirmişdi,

Demə, təsadüf də ayıracaqmış.


Həyatdan ehtiras, çılğınlıq uman,

Quru nəvazişə tamarzı qalmış,

Gözündən-könlündən çəkilmiş duman,

O eşqin bir oğlu, bir qızı qalmış.


Bağının barını çalmış bir oğru,

O dönük baxtının bir əlacsızı,

Necə də ismətli böyümüş oğlu,

Qızı da məktəbdə dərs əlaçısı.


Çətin qazanılır həyatda ruzu,

Bilir ki, oğlunun əlindən gəlməz,

Bilir ki, imtahan versə də qızı,

Lap ali məktəbə girsə də qızı,

Durub arxasında, oxuda bilməz.


Bıçaq tək boğaza dirənibdir vaxt,

Allahın suyu da gəlmir havayı,

Yaxşı ki, ağıllı tərpənib bir vaxt,

Yaxşı ki, çox deyil uşağın sayı.


Pəncərə önündə durub o qadın,

Geydiyi nə ipək, nə tirmə deyil,

Tutqun xəyalında duman sürünür,

Dinləyir dünyaya gətirmədiyi

Neçə yavrusunun təşəkkürünü.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov