ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

DONOR

Oxundu: 86

İnsan əzabları, istirabları

Hər ləhzə içimdən qoparır məni,

Bəzən bir kəpənək, bəzən bir arı

Alıb qanadına aparır məni.


Yarımaq, yarıtmaq imanın-dinim,

Dövran yalquzaq tək bağrımı didir,

Bir varlı üzündə qəzəbim, kinim,

Bir yoxsul cibində ürəyim gedir.


Görürəm bir kimsə həyəcanlıdır,

Salıb itirirəm öz şadlığımı,

Başqa birisinin nigaranlığı

Alır əllərimdən rahatlığımı.


Peşiman-peşiman ağlayan gözə,

Gözümdə gülüşü qurban edirəm,

Yaxşını yaxşıca çıxarıb üzə,

Yamanın halını yaman edirəm.


Qəmli adamlarla qəmlərə batır,

Haray çəkənlərə hay göndərirəm,

Hardasa ümidsiz bir xəstə yatır,

Mən öz səhhətimi pay göndərirəm.


Nə taqət, nədə ki, hal qalır məndə,

Axşamlar evimə leş qayıdıram,

Camaat boş gedib, dolu gələndə,

Mən dolu gedirəm, boş qayıdıram.


Adam var, dərd çəkir, adam var, acdı,

Hərə bir dost umur, bir sirdaş umur,

Sinəm - qapıları açıq qarajdır,

Ürəyim - təcili yardım maşını.


Toplayıb gücümü, iqtidarımı,

Axtarıb tapıram, kim düşsə dara,

Açmışam qəlbimin damarlarını,

Mənəvi donoram mən insanlara!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov