ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

AĞ YUXU GÖRMÜŞƏM...

Oxundu: 150

Anacan, xoşbəxtəm bu səhər deyən,

Silinib üzümdən o qəm, o kədər,

Gecənin ən qatı zülmətində mən

Ağ yuxu görmüşəm səhərə qədər.


Mənim taleyimə doğub bu günəş,

Şəfəqdən don geyib bütün varlığım,

Qəlbimdə alışan bu od, bu atəş,

Nur səpir yoluna bəxtiyarlığın.


Bu səhər günəşin nəfəsi qızğın,

Onun da öz sözü, öz hikməti var,

Gözünü gözümə dikən bir qızın

Hələ deyilməmiş məhəbbəti var.


Kaş arzum yetəydi zamana, vaxta,

Payı bir kimsəyə az olmayaydı,

Düşəydi ağ sözlər hər qara baxta,

Ağ baxta qara söz yazılmayaydı!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov