ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

TƏKLİK İSTƏYİRƏM, TƏK BURAX MƏNİ

Oxundu: 165

Nə yaman dolmusan buludlar kimi,

Gözünün yaşını tök, burax məni,

Ömründə qoyduğum xatirələrdən

Qəlbinə bir yuva tik, burax məni.


Keçdiyin hər körpü bir xudafərin,

Döz ki, qoy desinlər dözdü, afərin,

Gözündən başlanır bu son səfərim,

Gözünü gözümə dik, burax məni.


İstərəm kədərdən, qəmdən gen düşəm,

Gecələr gözümə durur əndişəm,

Saxta sayqılardan cana gəlmişəm,

Təklik istəyirəm, tək burax məni.


Ürəyin hökmüylə bacarmaq olmur,

Məhəbbət gül deyil, becərmək olmur,

Sənin gözlərindən cücərmək olmur,

Özgə ürəyinə ək, burax məni.


Solğun yanağında qurumuş yaşam,

Çətin ki sel olam, kükrəyəm, coşam,

Əzizəm, sinəndən asılmış daşam,

Qəzəb sapandını çək, burax məni.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov