ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

AZƏRBAYCAN DİLİ HAQQINDA NƏĞMƏ

Oxundu: 161

Azərbaycan dili! Sənin hər sözün

Açardır misilsiz bir xəzinəyə,

Bakı bir üzündür, Təbriz bir üzün,

Dar gəlir bu boyda yer xəzinəyə!


Yarandın bəşərin sübh-səhərində,

Qoruyub saxladın öz nizamını,

Yaşadır tarixin zirvələrində

Saz Dədə Qorqudu, söz Nizamini.


Şairlər önündə xaqanlar gülünc,

Tarix adlarına yazıb min eyib,

Babəkin qolunu doğrayan qılınc

Vaqifin dilini kəsə bilməyib.


Azğın fitvaçılar neçə don geyib,

Diri buraxmayıb "müştərisini",

Nəsimi bir dəfə "Ənəlhəqq" deyib

Soyub öz diliylə öz dərisini.


Yazdığı hər misra bir acı tikan,

Demə, sancılanlar susacaqdılar,

Dilimiz Sabirdən asılı ikən

Sabiri dilindən asacaqdılar.


Bəzən ağlasaq da düşmən güləndə,

Taleyə tərs baxıb, qıcanmadıq biz,

Kar olduq, kor olduq yeri gələndə,

Amma lal olmağı bacarmadıq biz.


Tükənməz ümmandır indi söz dünyam,

Yatmıram xəzinə qoruyan kimi:

Millətlər dilindən quruyur, anam,

Ağaclar kökündən quruyan kimi.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov