ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

AXAN ULDUZLAR

Oxundu: 174

Mən qanad açıram siz axan zaman,

Uçub yetişirəm birtəhər sizə,

Yetişib tuturam ayağınızdan,

Quyruqlu ulduzlar deyərlər sizə.

                              Müəllif


Ulduz var, bərq vurur çən arxasında,

Ulduz var, gözündən nur qapılmayır,

Nədən göy üzünün gen yaxasında

Axan ulduzlara yer tapılmayır?


Gecələr göyləri bəzəyir onlar,

Ölüncə zülmətə baxıb gedirlər,

Yetim uşaqlara bənzəyir onlar,

Ögey dünyamızdan çıxıb gedirlər.


Bu axan ulduzlar incimi, dürmü,

Göy üzü dəfn edir bu qızlarını,

Bulud arxasında Ay düşünürmü,

İtirir ən parlaq ulduzlarını.


Axan ulduzların əzəldən bəri,

Qədri el gözündə, el sözündədir,

Bilinmir, hardadır son mənzilləri,

Amma şəfəqləri göy üzündədir.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov