ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ADAM QOCALANDA

Oxundu: 77

Haraylar, bir kimsə yetişməz dada,

Zamanın yumruğu dişini tökər,
 Qızdan ana olmaz, oğuldan ata,

Durub yetim-yetim boynunu bükər

Adam qocalanda, lap qocalanda.


Bir az ehtiyatla danışar, dinər,

Gizlətmək istəyər fağırlığını,

Beli əyildikcə əyilər yenə - 

Götürməz başının ağırlığını

Adam qocalanda, lap qocalanda.


Üzündə təbəssüm parlayar az-az,

Hər qolu qurumuş bir qovun tağı,

Ürək də əvvəlki yerində qalmaz,

Əsər sinəsində nanə yarpağı

Adam qocalanda, lap qocalanda.


Çıxar əsəbləri əndazəsindən,

Kövrəlib ağlayar hey için-için,

Canlı meyid kimi cənazəsindən

Uzadar əlini son vida üçün

Adam qocalanda, lap qocalanda.


Görər ki, xəzanı yetişib ömrün,

Verər Tanrısına ixtiyarını,

Əlində tutduğu çəliklə hər gün

Döyər o dünyanın qapılarını,

Adam qocalanda, lap qocalanda.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov