ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

MƏNİ BAĞIŞLAMA

Oxundu: 211
Vüsal cüt yaşanır, ayrılıqsa tək,
Fələyin çərxini sandım oyuncaq,
İnadım sonuncu buğumunadək,
Yanıb qəm odunda kül olmayınca,
Məni bağışlama.

Yolum kipriyinin ucundan keçir,
Süzdür gözlərini, sal məni dərdə,
Günahından keçib, suçundan keçib,
Adam öldürəni əfv etsələr də,
Məni bağışlama.

Odla oynamışam, bilməyib, odla,
Günüm gah qüssəli, gah da şad keçib,
Ölüm, cəsədimin üstündən adla,
Amma günahımın üstündən keçib,
Məni bağışlama.

Həsrət alovunda alışsın könül,
Göz yaşı tökdürən, göz yaşı içər,
Günlərin bir günü adam dönüb,
Gəlməsəm üstünə əlimdə çiçək,
Məni bağışlama.



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov