ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BELƏ OLMALIDIR BU EŞQİN SONU

Oxundu: 202

Nələr etdiyini düşündünmü sən,

Çəkdiyim həsrətin budurmu barı,

Qəlbimi odunda isitməmişdən,

Ələdin başıma şaxtanı-qarı.


Mənim ütrəyimdə bitən bənövşə,

Sənin əllərində saraldı, soldu,

Qara gözlərindən bəxtimə düşən,

Qara ömür oldu, qara gün oldu.


Ümidlər bir daha göyərən deyil,

Gecikib gözünün bu yağışları,

Çəkil get! Həyatda sarsılan könül

Ümidlər qoynunda uyusun barı.


Bəsdir, titrəməsin daha dizlərin,

Belə olmalıdır bu eşqin sonu,

Dedim piyalədir qara gözlərin,

Sən niyə zəhərlə doldurdun onu.


Qanadı qırılmış yalan kimisən,

Sözlərim qətidir, bilirsən, mənim,

Bir zaman gözümdə doğulmuşdun sən,

İndisə qəlbimdə ölürsən mənim.


Yanmışam, yenə də yanıram oda,

Demə, dar günümdə qaçmağım olub,

Bircə səhv etmişəm həyatda - o da

Sənə ürəyimi açmağım olub.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov