ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ANA

Oxundu: 218

Çay nədir, ümman keçirəm,

Dağ-qaya bilmirəm, ana,

Sən gedən yoldan özümü,

Saxlaya bilmirəm, ana.


Məzarın üstə ot yandı,

Yerimə yadlar utandı,

Baş çəkib səni haçandır,

Yoxlaya bilmirəm, ana.


Sındırıb dəmir tilsimi,

Hönkürüb ildırım kimi,

Qohum-qardaşın qəlbini,

Dağlaya bilmirəm, ana


Közərmiş gözüm dan yeri,

Yol ötən astadan yeri,

Nə vaxtdır yaram qan verir,

Bağlaya bilmirəm, ana.


Üzüm yox yanına dönəm,

Söz açam, danışam-dinəm,

Qurumuş bulaqdır sinəm,

Çağlaya bilmirəm, ana.


Bu külək məni qovura,

Dərdimi göyə sovura,

Min ildir haqqı qovuram,

Haqlaya bilmirəm, ana.


Əzizəm, çoxdur günahım,

Qalxıb ərşə yetir ahım,

Rəhmi də gəlmir Allahın-

Ağlaya bilmirəm, ana.



 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov