ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

DƏRDDƏN DOĞULMUŞAM

Oxundu: 168

Gündüzün ovcundan düşdüm gecəyə,

Yuxu əl uzadıb açdı düyməmi,

Yorğunluq üstümdə dil deyə-deyə

Tabut çarpayıya uzatdı məni.


Üst-üstə qalandı dərdim, möhnətim,

Nağıla sığmadı, dastana sığdı,

Bir yol da sınadım bu həqiqəti:

Doğulmaq ölməyin astanasıdı.


Dərddən doğulmuşam dünyaya, dərddən,

Qorxuram anamın xətrinə dəyəm,

Olumu doqquz ay gözləmişəm mən,

Ölümü qırx ildi gözləməkdəyəm.


Ölümü gözləmək bəlkə də günah,

İztirab kəsildi ömrümə qənim,

Ölümüm nə yaman gecikdi, Allah,

O da həyat kimi bezdirir məni.


Yəqin ki, onundur bu gələn hənir,

Döşənib öpərdim ayaqlarından,

Əlini uzadıb alsaydı məni

Bu quzğun həyatın caynaqlarından...


Gündüzün ovcundan düşdüm gecəyə,

Yuxu əl uzadıb açdı düyməmi,

Yorğunluq üstümdə dil deyə-deyə

Tabut çarpayıya uzatdı məni.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov