ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ÜNVANSIZ MƏKTUB

Oxundu: 204

Ay mənim dünyaya gəlməmiş oğlum,

Ay mənim dünyaya gəlməmiş qızım,

Siz Allah, deməyin çaşıbdır ağlım,

İstəyirəm sizə bir məktub yazım.


Ay bala, şəhərin hər qarışında

Qızlar atanızı yaxıbdır oda,

Sizin ananızın axtarışında

Az qalıb unudam öz anamı da.


Subay dolanardım, qadası, gəl ki,

Sevgisiz üşüdü sinəmdə ürək,

Bir gözəl sevirəm, elə gözəl ki,

O məni sizinlə görüşdürəcək.


Dünyanın malından gözlərim toxdur,

Mənim də ömrümdən qalacaq bir iz,

Nə olsun şerimdə yenilik yoxdur,

Siz mənim həyatda yeniliyimsiz.


Balası, qəlbimdə bir istək yatır,

Gör neçə payızdır, gör neçə yaydı,

Çalışdım vuruşdum igid olmadım,

Barı bir igidə ata olaydım.


Gülməli gəlsə də sizə bu yazım,

Elə bilməyin ki, çaşıbdır ağlım,

Ay mənim dünyaya gəlməmiş qızım,

Ay mənim dünyaya gəlməmiş oğlum!




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov