Parça-parça oldu hıçqırıqların, Gözünün yaşını tökmədilərmi, Mənim ürəyimdən çıxarıb səni, Özgə dibçəyinə əkmədilərmi?!
Məndən soraq verən xatirələrin, Gecələr geydiyin köynəyindirmi, Yenə də yollara boylanırsanmı, Pəncərə şüşəsi eynəyindirmi?
Ümid çiçəklərin bar tutmayanda, Ömrünü-gününü qarğıyırsanmı, Həsrətdən çatlamış dodaqlarında Sən mənim adımı oxuyursanmı?! |