ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

TANRIM

Oxundu: 224

İki min illiyin qovuşuğudur,

Gör bir nələr gəlir ağlıma, Tanrım,

Məndən təhvil alıb cavanlığımı,

Təslim eyləyirsən oğluma, Tanrım.


Ərzi təzələyən fərman ver bizə,

Dövran amansızdır, aman ver bizə,

Yetər dərd verdiyin, dərman ver bizə,

Dağlı ürəkləri dağlama, Tanrım.


Oğrunun kisəsi dolmaz, deyiblər,

Düşməndən dost olmaz, olmaz deyiblər,

Qisas qiyamətə qalmaz deyiblər,

Sən də qiyamətə saxlama, Tanrım.


Bəlanın qıçları qıc olan deyil,

Qismət qismətdir ki, qaçılan deyil,

Öz yolum onsuz da açılan deyil,

Barı söz yolumu bağlama, Tanrım.


Mirdamət Əzizəm, adım-sanım yox,

Dərdimi bölməyə bir həyanım yox,

Ölsəm, səndən özgə ağlayanım yox,

Öldürsən, heç sən də ağlama, Tanrım.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov