ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

DƏRD MƏNİ ÇƏKİR

Oxundu: 127

Şərqilər bitərdi dodaqlarımda,

Gözümüz-könlümüz onda toxuydu,

Yeri oynadardım ayaqlarımda,

Heç kimin bu boyda topu yoxuydu.


Torpaq bir yuxaydı, sac üstə düşən,

Üstündə nə varsa, un-unvasıydı,

Mənimçün yer üzü günəşdə bişən

Bir anac toyuğun yumurtasıydı.


Deyərdim, qayadan diyirlə dərdi,

Ürəyim bu sözdən nurlanardımı,

Mən ayaq atdıqca diyirlədərdim,

Yoxsa yer kürəsi fırlanardımı?


İndi boylanıram ötən illərə,

Rəhmi yox ömür-gün kirkiləsinin,

Səfərə çıxmışam sonuncu kərə,

Gedirəm çiynində yer kürəsinin.


Qızarıb torpağın üstü pul kimi,

Gör hələ torpağın altı nə çəkir,

Yapışıb yaxamdan mişovul kimi,

Dərd məni torpağın altına çəkir.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Aprel 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov