ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

NİŞAN ÜZÜYÜ

Oxundu: 184

Səadət gətirsin, sevinc gətirsin

Qızların toyuna nişan üzüyü,

Yarın barmağından çıxmasın əsla,

Düşməsin oyuna nişan üzüyü.


Ərzin sükançısı sevənlər olsun,

Sevənlər həmişə xoşxəbər olsun,

A zərgər, çalış ki, bərabər olsun

Qızların sayına nişan üzüyü.


Gözəl qız, aldanıb dövlətə-ada,

Arabir xəlvəti meyl etmə yada,

Baxma ki, qızıldır, qızıl olsa da,

Yetişməz hayına nişan üzüyü.


İsti yatağından qoparar səni,

Qorxutmaz nə yağış, nə də qar səni,

Əgər sevirsənsə, aparar səni

Ərzin o tayına nişan üzüyü.


Mirdamət, seyrinə gəl ulduzların,

Ağlama halına vəfasızların,

Sevdiyim qız kimi bütün qızların

Düşəydi payına nişan üzüyü!




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov