ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ATLILAR ATLARI CİDARLAMAYIN!

Oxundu: 136

Çapanda dördnala qaçırsa - atdı,

Dırnağından alov saçırsa - atdı,

Düşmənin üstünə uçursa - atdı,

Atdı ruhumuzun elə bir tayı,

Atlılar, atları cidarlamayın!


Ruhun qanadı var, qanadın ruhu,

Yatıb içinizdə, oyadın ruhu.

Sizi qarğımazmı Qıratın ruhu,

Nəyə əminsiniz, kimə arxayın,

Atlılar, atları cidarlamayın!


Göydən başımıza daş tökər Allah,

Qırılıb gedərik, qəbir yetişməz,

Cidarlı atların belində, vallah,

Koroğlu yetişməz, Nəbi yetişməz,

Atlılar, atları cidarlamayın!


Neçə yurd dağıldı, neçə düşərgə,

Qeyrət aləmində fərqə bax, fərqə,

Atlar qərbə çəkir, atlılar şərqə,

Nədən silkələmir sizi harayım,

Atlılar, atları cidarlamayın!


Orda Xaçın qalıb, Həkəri qalıb,

Fırlanmır, qeyrətin təkəri qalıb,

Hələ ki, dizində təpəri qalıb-

Dağlara dağıdın, düzlərə yayın,

Atlılar, atları cidarlamayın!


Doğmaya, tanışa, bilişə dönsün,

Qəhqəhəyə dönsün, gülüşə dönsün,

Günəş işığında gümüşə dönsün,

Qızıldan tökülsün nurunda ayın,

Atlılar, atları cidarlamayın!


Göydə kişnərtilər tüstüsü qalsın,

Hər köhlən tərkinə bir günəş alsın,

Üfüqdən üfüqə cığırlar salsın,

Uçsun üzərindən dərənin, çayın,

Atlılar, atları cidarlamayın!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov