ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BİR GÖZƏL SEVİRDİM...

Oxundu: 210

Bir gözəl sevirdim üzü bahara,

Məni göyərdirdi yaz yağışları,

İlk dəfə duyurdum necə məsumdur,

Necə müqəddəsdir qız baxışları.


Bir gözəl sevirdim üzü bahara,

Bir gözəl yolunda şair də oldum,

Həsəd aparırdı eşqimə günəş,

Nə gündüz sönürdü, nə gecə odum.


Bir gözəl sevirdim üzü bahara,

Gözü şəfəq dolu bir göy olardı,

O gözəl inciyib küsəndə məndən

Bütün doğmalarım ögey olardı.


Bir gözəl sevirdim üzü bahara,

Bir gözəl itirdim payız çağında,

Sən demə, baharda gələn məhəbbət,

Köçəri quş imiş könül bağında.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Yanvar 2026    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov