ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

QAYIDACAQSAN

Oxundu: 152

Sənə rast gələnə sən sevinc payla,

Sürünmə yol boyu duman-çən kimi,

Səni göndərirəm xeyir-duayla,

Ən uzaq səfərə göndərən kimi.


Mən vüsal atımı oynadanmadım,

Ümüdlər doğmaca qardaşım oldu,

Sən getdin... arxanca su atanmadım,

Arxanca süzülən göz yaşım oldu.


Səninlə getmədi toy-düyünlərim,

Xoş günlər, xoş aylar qayıdıb gəlir,

Kinoya bənzəyir sənli günlərim,

Kino biletinə hayıfım gəlir.


Günün keçməyəcək bu qədər asan,

Titrəyib əsəcək qəlbinin simi,

Nə vaxtsa üstümə qayıdacaqsan,

Ünvanı səhv düşmüş bir məktub kimi.





 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov