ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

DAHA ÜRƏYİMİ İSİTMİR ODUN.

Oxundu: 164

Daha ürəyimi isitmir odun,

Bağışla, bağışla, bağışla məni,

Gələndə qayğıyla qarşılamışdın,

Gedirəm, yola sal qarğışla məni.


Hissin xumarından ayrildıqca mən,

Gördüm mənasızdır, günlərim boşdur,

Sənin üzdəniraq məhəbbətindən,

Sevdiyim gözəlin nifrəti xoşdur.


Yersizdir gözündən süzülən yaşlar,

Qəlbim öz hökmünü dəyişən deyil,

Gülüm, yad ölkədə dözməyə nə var,

Yad sevgi yad eldən dəhşətlidir bil!


Bu dərdli günlərim, qəmli günlərim,

Şimşəyə çevrilib gözümdə çaxır,

Kaş yuxu olaydı sənli günlərim,

Yuxular tərsinə yozulur, axı...
 
 




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov