ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Sənin ayağını sındıran fələk

Oxundu: 177

Hara dırmandın ki, belə yıxıldın,

Evdə dolaymı var, yoxsa uçurum,

Sən elə büdrədin, elə yıxıldın,

Mən daha çətin ki, ayağa durum.


Lal-dinməz baxışla susursan nədən,

Gözlərin hər kəsi izləyə bilər,

Biz səni qoruduq soyuqdəymədən,

Nə bilək, nə vaxtsa göz dəyə bilər.


Otaqda bürküdür, bayırda külək,

Adam çölə çıxa, bir nəfəs ala,

Sənin ayağını sındıran fələk

Mənim də belini qırdı, ay bala.


Gəl ki, dərdini yox, nazını çəkim,

Daha yaş sarıdan gözüm doyubdur,

Sənin ayağınla bərabər həkim

Mənim də ruhumu gipsə qoyubdur.


Dayanıb-dözərdik bəlkə birtəhər,

Heç atmaq olurmu qəmi-qüssəni,

Qaçıb oyadardın məni hər səhər,

Gəlib səsləyirəm indi mən səni.


Nə yazıq, bizləri dərd dilə tutub,

Yetib aldatmağa məharəti də,

Gəzib-dolaşırdıq əl-ələ tutub,

Daha unutmuşuq səyahəti də.


Tək düşür qoşaca qoyduğumuz iz,

Bu dərd ürəyimə kəsilir qənim,

Yolboyu hər addım atdıqca sənsiz

Torpaq ayağımı yandırır mənim.


Əhvalım pəjmürdə, əsəbim gərgin,

Demirəm, kiminsə yazığı gəlsin,

Bir qarış əyilir qamətim hər gün,

Dikəl, qoy mənim də qəddim düzəlsin.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov