ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BU QIZIN TOYUNA NƏ QALIBDI Kİ!

Oxundu: 161

Elə sən özün də bir dilə bəndsən,

Sevgi pıçıldayır axı hər çiçək,

Nəyi qurdalasan, nəyi tərpətsən,

Bu evdə "Vağzalı" səsi verəcək,

Bu qızın toyuna nə qalıbdı ki!


Gözündən yuxusu qaçandan bəri,

Bu qız hədələyir intizarını,

Oğlan ürəyini açandan bəri,

Qız evi bağlamır qapılarını,

Bu qızın toyuna nə qalıbdı ki!


Qəlbinə qulaq as, sözündən əvvəl, 

Burda qərar tutsun, ya orda qalsın,

Ürəyi köçübdür özündən əvvəl,

Köçübdü o evi sahmana salsın,

Bu qızın toyuna nə qalıbdı ki!


Muraz üstündədir adaxlısı da,

Bezib həsrətinin yoxuşlarından,

Mətləbi duyubdur toy toğlusu da,

Oxunur onun da baxışlarından:

Bu qızın toyuna nə qalıbdı ki!


Bir oba üz tutub bir toya sarı,

Hər sözdə-söhbətdə toy ovqatı var,

Yolları kəsməyə kənd uşaqları

Vurnuxa-vurnuxa ip axtarırlar,

Bu qızın toyuna nə qalıbdı ki!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov