ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Yağış kəndirini salla, İlahi

Oxundu: 82

Yağış havasına tamarzıyam mən,

Əsən meh saçımı sığallayıbdır,

Bəlkə yer üzündə baş verənlərdən

Göyün də üzündə su qalmayıbdır.


Alışır bağ-bağat, yanır meşələr

Hər səhər günəşdən alov alınca,

Sanki baş götürüb qaçır rişələr

Çəkilməkdə olan suyun dalınca.


Haqqına deyil ki, əfsanədəndir,

Hara sığınıbdır, hara buludlar,

Gözükölgəlidir, yoxsa nədəndir,

Didərgin düşübdür qara buludlar?!


Zaman insanların durub qəsdinə,

Neyləsin, zəhməti puç olan fağır,

Gör neçə vaxtdır ki, yerin üstünə

Yağış yoxsulların gözündən yağır?!


Nə insaf qalıbdır, nə mürvət daha,

Dövran, bu da sənin ədalətindir,

Arxın qabağını kəsən əjdaha

Yağışın yolunu zəbt edib indi.


Agah ol, dünyanın ağac ahından,

Bitib-göyərəni alqışlasana,

Canlı təbiətin keç günahından,

Cansız təbiətə bağışlasana.


Bizə çox görmüsən damlaları da,

Qoy kəsim sözünü balla, İlahi,

Çəkib saxlamısan nə yuxarıda,

Yağış kəndirini salla, İlahi


Dəyiş qərarını, belə dayanma,

Yağışda nazlanıb çimən yanmasın,

Yanım susuzluqdan, kül olum, amma

Bir çiçək solmasın, çəmən yanmasın.


Rəhm elə, yer üzü batmasın yasa,

Yoxsa qəddimizi yel də əyəcək,

Haqqın dərgahından yağış yağmasa,

Yerdə sevgilər də göyərməyəcək.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov