ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Burda iki dünya birləşəcəkdir

Oxundu: 153

Qəbristan çölündə bayquş oxuyur,

Bu bir həqiqətdir illərdən bəri,

Yer altda ölülər daha tez duyur

Yer üstə baş verən faciələri.


Yağı yurddaşları yurddan ayırdı,

Bu dərd agah oldu ruhlarımıza,

Əvvəllər göz yaşı damcılayırdı,

Sonradan qan sızdı məzarımıza.


Yoldaşa möhtacıq, yara möhtacıq,

Sığmır qəbrimizə qəm-kədərimiz,

Kökü Qarabağda qalan ağacıq,

Yıxılır, yox olur gövdələrimiz.


Yatıbdır çoxları papaq altında,

Eh, yada yaxınıq, yaxına yadıq,

Nə var, uyumağa torpaq altında,

Biz tapdaq altında heç uyumadıq...


Dizini intizar qatlayanların

Əsla damağında dad ola bilməz,

Goru bu dünyada çatlayanların

Ruhu o dünyada şad ola bilməz.


Gec-tez tapacaqdır öz yerini haqq,

Yaman incitdilər günahsızları,

Cinayət başında yaxalayacaq,

Tutacaq ruhumuz allahsızları.


İsti məzarımız buz bağlayıb, buz,

Başdaşı boyunca dərd yüksəlibdir,

Quran sədasına möhtac ruhumuz,

Yağı tənəsindən cana gəlibdir.


Səslənsin bu yurdun Qələbə marşı,

Yox, yox, düşünməyin, dirilər təkdir,

Dava başlananda düşmənə qarşı

Burda iki dünya birləşəcəkdir.               



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov