ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

"YAZ" DEDİ MƏNƏ

Oxundu: 178

O gün ki qələmdən çəkildi əlim,

Şeiriyyət mələyi "yaz" dedi mənə,

Yanımdan salamsız ötdü sevgilim,

Gözünün gileyi "yaz" dedi mənə!


Masmavi səmalar uddu qəlbimi,

Alovlu qəlbimi, odlu qəlbimi,

Tanrı işığına tutdu qəlbimi,

Qiblənin küləyi "yaz" dedi mənə!


İmana söykənib, dinə arxalan,

Daim arxalandın, yenə arxalan,

Mən varam,-söylədi,-mənə arxalan,

Tarixin ələyi "yaz" dedi mənə!


Düzün düz eşqi var, dağın dağ eşqi,

Min zərrə yaşadar bir çıraq eşqi,

Duyan könüllərin yaratmaq eşqi,

Arzusu, diləyi "yaz" dedi mənə!


Zaman gözlərini gözümə dikdi,

Gördüm baxışları çilik-çilikdi,

Şairə yazmamaq fərarilikdi,

Vətənin taleyi "yaz" dedi mənə!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov