ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BAŞIN DIRMAŞDIĞI NƏRDİVANDI BU

Oxundu: 74

Boyum qarış-qarış qalxardı hər il,

Sanki İlahidən ərməğandı bu,

Görənlər deyərdi, boy-buxun deyil,

Başın dırmaşdığı nərdivandı bu.


Müəllim aralı, lövhə uzaqda,

Günah boyumdaydı, bundan halıydım,

Sinifdə hamıdan öndə olsamda,

Hamıdan arxada oturmalıydım.


Bəzisi ayıqdı, bəzisi oyuq,

Bəzi uşaqlar da saxtakardılar,

Çiynimə çatmazdı çoxunun boyu,

Ağlı topuğumda axtarardılar.


Gah sağa dönərdik, gahda ki sola,

Kölgəmiz bizimlə gəzərdi sərvaxt,

Təkcə mənim kölgəm sığmazdı yola,

Başı daşdan-daşa dəyərdi hər vaxt!


Əbəsdir dost-düşmən qazanmağım da,

Ömür ötən ömür, gün keçən günmüş,

Mənim uzun-uzun uzanmağım  da

Bir qızın xoşuna gəlmək üçünmüş.


İndi dərdli qəlbim dönübdür neyə,

Qayğı hasarıdır indi hər yanım,

Hüznlü-hüznlü ucalır göyə,

Boyu kölgəsinə başdaşı canım.


Kəsilən bir səsəm, boğulan bir ün,

Vallah, istəməzdim həyatdan doyum,

Həyəcan içində keçən ömrümün

Nida işarəsi olubdu boyum.


Yazdığım hər sözü düz yazsam da mən,

Hələ də ağlına batmır Tanrının,

Nə qədər boy atıb, uzansam da mən,

Əlim ətəyinə çatmır Tanrının.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov