ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

“Yaxşı yol” deməyin evdən çıxana

Oxundu: 148

Hər maşın kamandan sıyrılan bir ox,

Qurbanların sayı yüz deyil, mindir,

Dərdə bax, həyatda maraqlardan çox,

Yollarda maşınlar toqquşur indi.


İnsanın insana yox mərhəməti,

Ölüm marafonu-hamı ötüşür,

Kobud qəzaların əksəriyyəti

İpək yollarının payına düşür.


Yolumuz rəvandır, yolumuz hamar,

Həqiqət belədir, sən haqqı danma,

Çoxalır yollarda yaxşı maşınlar,

Yaxşı sürücülər azalır amma.


Üzülür boğazlar, qırılır qollar,

Yuyulur, yollardan getmir qan izi,

Dünən səadətə yetirən yollar

Bu gün fəlakətə aparır bizi.


Yoxsa qəlbimizin işığı sönüb,

Bu zülmü qıyırıq yoldaşa, yara,

Göydən “İldırımlı yollarla” enib

Düşürük qan gölü asfalt yollara.


Sürücü “göstərir” məharətini,

Kəsir şırnaq-şırnaq qan aralığı,

Al rəngə boyayıb yolun səthini,

Qeyb olur asfaltın üz qaralığı.


Taleyin hökmünə ağız büzürük,

Guya rəqib şeytan, biz isə pirik,

Havada uçuruq, suda üzürük,

Nədənsə quruda gəzə bilmirik.


Cavanca qalırıq, yaşa dolmuruq,

Sükan arxasından boylanan şirik,

Yorğana-döşəyə möhtac olmuruq,

Yolda-yolağada ölüb gedirik.


A zərif bacılar, a qərib ana,

Dayanıb kənarda, əlinizdə su,

“Yaxşı yol” deməyin evdən çıxana-

Yaxşıya yozulmur yolun yaxşısı.


Hər maşın kamandan sıyrılan bir ox,

Qurbanların sayı yüz deyil, mindir,

Dərdə bax, həyatda maraqlardan çox,

Yollarda maşınlar toqquşur indi.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov