ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Gəl, başıma tac olmuş

Oxundu: 162

Kim deyir ki papaqdan

Coraba kimiyəm mən,

Siqaret qutusundan

Şəraba kimiyəm mən.


Hökm eyləyir intizar,

Yollarıma yağır qar,

Zəlzələdən yadigar

Xaraba kimiyəm mən.


Alnım qara yazılmış,

Səfim haqdan pozulmuş,

İçində gor qazılmış

Sərdabə kimiyəm mən.


Tarixə həkk olunmuş,

Yoxluğu dərk olunmuş,

Əbədi tərk olunmuş

Bir oba kimiyəm mən.


Gəl, başıma tac olmuş,

Eşqi gizlənqaç olmuş,

Sənsiz atı açılmış

Araba kimiyəm mən.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov