ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Qoy köçüm qəlbinə

Oxundu: 176

Bizim xeyrimizə işləmir zaman,

Zamanın üstündən adlayasıyam,

Həsrət-çaxmaq daşı- qığılcımından

Qəfil alovlanmış ot tayasıyam.


Mələksən, qanadsız doğulduğundan

Göydə qalammırsan, yerə düşürsən,

Sənin məhəbbətin dəryada tufan,

Heyf, qayığımdan yan ötüşürsən,


Hələ loğmanların kəşf etmədiyi

Ən şirin məlhəmsən, can dərmanısan,

Heç zaman, heç yerdə çəkməzdim çiyin,

Kəsildiyim həyat imtahanısan.


Vüsalın ölünü dirildə bilər,

Həsrətin dirini öldürən kimi,

Dərdi göz yaşınla yu, qəlbimə sər,

Onda duyacaqsan nə çəkdiyimi.


Sevgisiz həyatın nə mənası var,

Sənə can verərəm, mənə can desən,

Sənsiz cənnətdə də tutmaram qərar,

Gələrəm arxanca, haracan desən.


Yaman yanıqlıyam intizarından,

Daha dərd çəkməyə qalmayıb gücüm,

Bezmişəm dünyanın əzablarından,

Qoy köçüm qəlbinə yaşamaq üçün.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov