ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Bizim balaca Sevil (Nəvəmə)

Oxundu: 245

Yaradanın sevgisi,

Sayğısı, rəğbətidir,

Ən müəqəddəs, ən əziz,

Ən şirin nemətidir,

Bizim balaca Sevil.


Babasının can alan

Canlı oyuncağıdır,

Alıram qucağıma

Dərdlərimi dağıdır

Bizim balaca Sevil.


Tanrı payı ömrünü

Yaşayır iftixarla,

Nənəsinin adını

Daşıyır iftixarla,

Bizim balaca Sevil.


Harda olsaq, səsləyib

Yığır başına bizi,

Məhəbbət qalasına

Döndərib evimizi,

Bizim balaca Sevil.


Vətəninə can deyib,

Millətinə yanası,

Bu gün bir ev qızıdır,

Sabah bir el anası,

Bizim balaca Sevil.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov