ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

MƏN DAHA SİQARET ÇƏKMƏYƏCƏYƏM.

Oxundu: 183

Mən daha siqaret çəkməyəcəyəm,

İnciklər, küsülər azalsın bir az,

Mən daha siqaret çəkməyəcəyəm,

Dünyadan tüstülər azalsın bir az.


Acizlik olubdur mənə göz dağı,

Günah da iradə sahibindədir,

Bəzən unuduram çörək almağı,

Siqaret həmişə döş cibimdədir.


Mənim çəkdiyimi çəkməyən bilməz,

Nəfsim heç qoydumu ürəyim dinə,

Daha dilənçiyə yazığım gəlməz,

Dönmüşəm siqaret dilənçisinə.


Məndən tütünçü qız, küsmə nahaqdan,

Görür hər siqarda göz ölümümü,

Dodağım siqara toxunan zaman,

Sanki mən öpürəm öz ölümümü.


Gərək ürəyimdə daim dövr edən,

Bu zərif duyğunu dilimlə deyəm:

Siqara ayrılan öpüşləri də

Sevgilim, mən sənə bəxş edəcəyəm.


Mən daha siqaret çəkməyəcəyəm,

İnciklər, küsülər azalsın biraz,

Mən daha siqaret çəkməyəcəyəm,

Dünyadan tüstülər azalsın biraz.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov