ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SƏN AYAĞA QALXIB HÖKM OXUYANDA

Oxundu: 125

Ay bacım, könlünü ver həqiqətə,

Ellər alqış desin bu məhəbbətə,

Qovuşsun hər dəfə haqq ədalətə,

Sən ayağa qalxıb hökm oxuyanda.


Meydan açılmasın hər yalan sözə,

Yol vermə, amandı, qəsdi-qərəzə,

Çalış pozulmasın mizan, tərəzi,

Sən ayağa qalxıb hökm oxuyanda.


Ölçəndə-biçəndə unutma təki,

İnsan taleyidir əllərindəki,

Qanuna hörmət et, Qanundan çəkin,

Sən ayağa qalxıb hökm oxuyanda.


Kimsə gizlətməsin çuvalda cida,

Günəş öz əksini tapsın damcıda.

Vəkil də sevinsin, ittihamçı da,

Sən ayağa qalxıb hökm oxuyanda.


Haqqın çeşməsi tək çağlasın səsin,

Nə könül incisin, nə qəlbə dəysin,

Vətən məmnun-məmnun başını əysin,

Sən ayağa qalxıb hökm oxuyanda.


Nəfəsin baharın gül nəfəsidir,

Səsin Femidanın doğma səsidir,

Desinlər, Ədalət ilahəsidir,

Sən ayağa qalxıb hökm oxuyanda.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov