Əgər olmasa da xoş gələcəyə Aparan yol asan, ay ömrüm-günüm, Səni budağından qoparan oğlan Qoyarmı solasan, ay ömrüm-günüm?!
Yerişin-duruşun naz yağışıdır, Sevən könüllərin öz yağışıdır, Gözündən səpilən yaz yağışıdır, Boşalıb-dolasan, ay ömrüm-günüm.
Mirdamət ən gözəl çağında yazın Deyər ki, susmasın səsin-avazın, Ömür yollarımız heç ayrılmasın, Yanımda olasan, ay ömrüm-günüm. |