ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

NƏ GÖZƏL AÇILDI BU YAZ SƏHƏRİ

Oxundu: 112

Arxası qışadı, üzü bahara,

O hansı buluddu, üzür bahara,

Dikildi hamının gözü bahara,

Nə gözəl açıldı bu yaz səhəri.


Çağlayan çayların dişi göründü,

Qışın zirvələrdə leşi göründü,

Çılpaq qayaların döşü göründü,

Nə gözəl açıldı bu yaz səhəri.


Tutaşan tonqalın közləri kimi,

Yeriyən şəfəqin izləri kimi,

Sevdiyim gözəlin gözləri kimi

Nə gözəl açıldı bu yaz səhəri.


Haçandı görmürdüm dağda günəşi,

Deyirdim, zülmətmi boğdu günəşi?!

Sanki ürəyimdən doğdu günəşi,

Nə gözəl açıldı bu yaz səhəri.


Səma sevinməzdi, gün gülməsəydi,

Gülüb də torpağı güldürməsəydi,

Mən elə bildim ki, gül düyməsidi,

Nə gözəl açıldı bu yaz səhəri.


Həyat bir yuxudu sübh namazında,

Yer cənnət qoxudu sübh namazında,

Bir nəğmə oxudum sübh namazında-

Nə gözəl açıldı bu yaz səhəri.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov