ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

MƏHƏBBƏT NƏDİR

Oxundu: 202

Hər kəsdən paksa da, hər kəsdən zərif,

Yoxdur dodağında dodaq izləri,

Qan-yaş axıtmayıb hələ gözləri,

Mələklər nə bilir məhəbbət nədir?!


Bulud qovulmursa, nur saçılmırsa,

Könüllər mehrinə möhtac olmursa,

Nəfəsi dəyəndə gül açılmırsa,

Küləklər nə bilir məhəbbət nədir?!


Yumaq tək açıla ömür-gün yolu,

Bir bağa girəsən ətirlə dolu,

Od-alov görəndə pərvanə olur,

Böcəklər nə bilir məhəbbət nədir?!


Məftunu olmuşuq illər boyunca,

Boldu rayihəsi, udaq doyunca,

Dərilib döşlərə taxılmayınca,

Çiçəklər nə bilir məhəbbət nədir?!


Əsrin möcüzəsi, sehri olmayan,

Məscidi, məbədi, piri olmayan,

Qızların yaşayış yeri olmayan,

Ürəklər nə bilir məhəbbət nədir?!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov