ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SEV Kİ, SEVƏNLƏRDİR QULU TANRININ

Oxundu: 144

Darasın telini sözlərim sənin,

Tutaşsın köksündə közlərim sənin,

Belə ki, tutubdur gözlərim səni,

Mən sənin qəlbini fəth edəcəyəm.


Məhəbbət yoludur yolu Tanrının,

Sev ki, sevənlərdir qulu Tanrının,

Gülüm, rüsxətiylə ulu Tanrının

Mən sənin qəlbini fəth edəcəyəm.


Həsrətim sığışmır nə yerə, göyə,

Sevinc axtarıram qəm yeyə-yeyə,

Sən məni ömürlük sevəsən deyə

Mən sənin qəlbini fəth edəcəyəm.


Görürəm hüsnünü, tutulur dilim,

Dinə bilməyənə susmaq da zülm,

Məni işğalçıya bənzətmə, gülüm,

Mən sənin qəlbini fəth edəcəyəm.


Dərdin qarşısına sədd qoya-qoya,

Xain ürəklərə çat qoya-qoya,

Fateh İsgəndəri mat qoya-qoya

Mən sənin qəlbini fəth edəcəyəm.


Qara xətt çəkilsin naşı üstündən,

Daş gərək aşırsın daşı üstündən,

Keçib Everestin başı üstündən

Mən sənin qəlbini fəth edəcəyəm.


Getmə, bu sevginin getmə əksinə,

Tək sənə möhtacam, gülüm, tək sənə,

Eşqin bayrağını sancıb köksünə,

Mən sənin qəlbini fəth edəcəyəm.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov