ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BAĞÇA UŞAĞI

Oxundu: 172

Hələ yadımdadı son görüşümüz,

Elə bil ömürdən-gündən ayrıldım,

Ağac öz kökündən qopduğu kimi

Anamdan ayrıldım, səndən ayrıldım.


Neçə bahar ötdü, neçə qış ötdü,

Bir axşam üz tutub vətənə döndüm,

Elə darıxmışdım səninçin elə,

Mən səndən qopmuşdum, mən sənə döndüm.


Səni aralıdan görüb tanıdım,

Bir körpə uşaqla qoşa gedirdin,

İnana bilmədim gördüklərimə-

Çırpıb eşqimizi daşa, gedirdin.


Bir köhnə tanışım tutub qolumdan,

Söylədi: "duruxma əbəs yerə sən",

Uşaq bağçasında işləyir o qız,

Bağça uşağıdır yanında gedən.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov