ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SÜPÜRGƏÇİ QIZ

Oxundu: 95

SÜPÜRGƏÇİ QIZ


Yenəmi süpürdün həyət-bacanı, 

Nə qoçaq qızısan Azərbaycanın,

Çıx çölə-bayıra, nə görsən, xanım,

Süpür hamısını, at zibilliyə.


Gəlimli-gedimli yolları süpür,

Güllükdən boylanan kolları süpür,

Manatı zorlayan dolları süpür,

Süpür hamısını, at zibilliyə.


Qazanlar qaynaya-qaynaya getsin,

Yengələr oynaya-oynaya getsin,

Demə bu gedənlər ay niyə getsin,

Süpür hamısını, at zibilliyə.


Vərəm budkaların, çər dükanların,

Kündə kəsənlərin, zər tutanların,

Sələm əlcəyiylə əl tutanların

Süpür hamısını, at zibilliyə.


Kölgəsindən qorxan ağciyərlərin,

Milli bəlaların, faciələrin,

Erkəkli-dişili fahişələrin

Süpür hamısını, at zibilliyə.


Baxma qarasına, baxma ağına,

Baxma mərəzinə, cantarağına,

Rastına çıxanı qat qabağına

Süpür hamısını, at zibilliyə.


İtələ naqqalı boş dopu kimi,

Diyirlət yaltağı əl topu kimi,

Qarın ağrısının mikrobu kimi

Süpür hamısını, at zibilliyə.


Süpür deyərəmmi heç nəbiləri,

Yurdu Nəbilərsiz heç nə bilərik,

Gözün su içməyən əcnəbilərin

Süpür hamısını, at zibilliyə.


"Zibilə çıxartdın eli" desələr,

"Əsdirdin cəhənnəm yeli" desələr,

Çəkinmə adina "dəli" desələr,

Süpür hamısını, at zibilliyə,

Süpür hamısını, at zibilliyə!




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov