ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BU QIZ HARDAN AISIN SƏN İSTƏYƏNİ

Oxundu: 193

Saxla, saxla görüm bu hücumu sən,

Uşağın üstünə niyə cumursan,

Təmənna güdürsən, rüşvət umursan,

Bu qız hardan alsın sən istəyəni?!


Dərsini oxuyur, yolundan sapmır,

Gündüzlər dincəlmir, gecələr yatmır,

Məktəbə gəlməyə yolpulu tapmır,

Bu qız hardan alsın sən istəyəni?!


Əyninə-başına baxsana dərsdə,

Rəngi-ruhu solmuş quru qəfəsdi,

Anası işləmir, atası xəstə,

Bu qız hardan alsın sən istəyəni?!


Qəlbində dil açan diləkdən başqa,

O qələm dediyi külüngdən başqa,

Bu qızın nəyi var, bilikdən başqa,

Bu qız hardan alsın sən istəyəni?!


Damarmı gəzirsən, zəlinin biri,

Özgə cibindədir əlinin biri,

Niyə düşünmürsən, dəlinin biri,

Bu qız hardan alsın sən istəyəni?!


Sən, Allah deyəndən niyə demirsən,

İçini pas tutub, xalis dəmirsən,

Savad istəmirsən, elm istəmirsən,

Bu qız hardan alsın sən istəyəni?!


Çıxart gözlərindən, çıxart çeşməyi,

Nədir uşaqlara bu girişməyin,

Qonşudan gəlməyib, evdə bişməyib,

Bu qız hardan alsın sən istəyəni?!


Qazsa, hər kol dibi bir dolu küpmü,

Hamı sənin kimi hüppülümhüpmü,

Yol boyu yel əsib, qoz tökülübmü,

Bu qız hardan alsın sən istəyəni?!


Tutarlı bir səbəb bula bilmirsən,

Boşala bilmirsən, dola bilmirsən,

Xalqa nə vermisən, ala bilmirsən,

Bu qız hardan alsın sən istəyəni?!




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov