ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

NADAN OVÇUSUYAM

Oxundu: 192

Yetər, ibarəli danışma barı,

Çoxdur sən bilməyən peşə dünyada,

Mənim misralarım güllə qatarı,

Nadan ovçusuyam meşə dünyada.


Qurtula bilməzsən söz tilsimimdən,

Ağzımın kəsəri dərs olmalıdır,

Dünyada haqq sözün sarı simindən,

Hələ çox nadanlar asılmalıdır.


Əzəldən haqq sözə gətirdim iman,

Neştərdən itidir haqq sözün tili,

Malbaşın ağzında olduğu zaman

Xaşa da yaramır öküzün dili.


Dünyanın odundan buzu inciyir,

Bir əli gedənin bir əli gəlir,

İndi çoxlarının quzu dincliyi

Qoyun kütlüyündən irəli gəlir.


Yer-göy arasında yanan körpüyəm,

Sönmərəm düşsəm də dənizə, çaya,

Mən adam deyiləm, kibrit çöpüyəm,

Fələk alışdırıb, atıb dünyaya.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov