ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SÖZÜMÜN ALTINA VƏRƏQ SƏRMƏYİN

Oxundu: 176

Qınağa görəmi iman da, din də,

Şeytanın əməli bir görəcəkdi,

Bir adam tapmadı adam içində,

Fizuli dərdini dağlara çəkdi.


O vaxtdan bir sual içimdə düyün,

Görəsən ən dolğun cavab hansıdı,

Dünyamı əyilib, yoxsa gördüyüm

Əyri güzgülərin inikasıdı?!


Həyat buqələmun, min bir donu var,

Deməyə gəlmir də adamın dili,

Əlsiz adamlara əl tutmayanlar

Damsız adamları damlaya bilir.


Sözümün altına vərəq sərməyin,

O ki yuvasını dillərdə qurdu,

Hər adam bacarmır ürək verməyi,

Amma dərd verməyə hamı hazırdı.


Düzü qoyubdular əyri yerinə,

Müqəddəs duyğular toz dəyərində,

Ünsiyyət bağlayıb biri-birinə

Dost deyən kişilər tost deyir indi.


Şeytan yaxamızdan yapışıb dartır,

Bəşərin taleyi gümana qalır,

Dünyada ilbəil əhali artır,

Dünyada günbəgün insan azalır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov