ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Meşəbəyi

Oxundu: 170

Dolubdur buludlar dolduğu qədər,

Sisin, dumanındır, çənindir bu dağ,

Aslanın, pələngin olduğu qədər

Sənindir bu meşə, sənindir bu dağ.


Şən qırqovulları, şux turacları

Bunca görməmişdim şad-xürrəm hələ,

Əyən küləkdirmi bu ağacları,

Ya təzim edirlər qarşında belə?!


Canına şəfalar gətirir bol-bol

Kəkotu, itburnu, zəncəfil sənin,

Dağların döşündə hər ağac, hər kol

Qohum-əqrəbandır elə bil sənin.


Qoşul bu növrağa, dayanma kefsiz,

Qurutsun zirvələr öz örpəyini,

Inana bilmirəm bu qədər sevsin

Meşə rəiyyəti meşəbəyini.


Gözdən keçirdikcə dərəni, diki,

Ülvi gözəlliyə mat qalır insan,

Qayalar onunçun vüqarlıdır ki,

Dağların dalında sən dayanmısan!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov