ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Ölümün yüngüldür quş lələyindən.

Oxundu: 160
Yenə həndəvərdə kəsilib hənir,
Yenə göz yaşına dönüb arzu-kam,
Sənin həyatından vahimələnir,
Sənin ölümünə heyran oluram.

Görmüsən yolların yağırlığını,
Duymusan həsrəti səmt küləyindən,
Fil çəkməz ömrünün ağırlığını,
Ölümün yüngüldür quş lələyindən.

Hanı o coşqunluq, hanı o həvəs,
Ömrün payızıdı, durulur sular,
Sənin taleyini diləməz heç kəs,
Sənin ölümünü çoxu arzular.

Kəsmədin Tur dağı səxavətini,
Ummadın bir əvəz, qarşılıq, nədən,
Çəkmisən hamının əziyyətini,
Köçürsən heç kimə zülm eləmədən.

Gözlərin yaş olub əzəldən bəri,
Qor da işıldamır daha külündə,
Elə dəf etmisən çətinlikləri,
Qalmayıb dünyada bir müşkülün də.

Yaylığın nəm çəkib yanaq nəmindən,
Nə qırıl, nə əyil, nə çök, nə də sın,
Uç fani dünyanın cəhənnəmindən,
Qon cənnət bağına haqq dünyasının.

Kədər inildəyir, sevinc uğunur,
Ölmək dirilməkdir, deməli, sağsan,
İşıqlı dünyanın yorğunluğunu
Qaranlıq dünyada çıxaracaqsan.

Новость отредактировал admin - 13-01-2021, 20:51



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov