ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Axırıncı aşırım

Oxundu: 182

Qardaşım Arifə - həyat yoldaşı

əməliyyat masasında olarkən


Həyat ayrılıqdır, ölüm-itimdir,

Sən Allah, içində boğ həyəcanı,

Canını dişinə tutan yetimdir,

Unutma, bərk olur yetimin canı.


Haqqa yalvarırsan dodaq altında,

Tanrı dərgahında ümid əkirsən,

Xanımın otaqda bıçaq altında,

Çöldə ağrısını özün çəkirsən.


Getmək istəyirsən, getməyin gəlmir,

Sənsən sozalan da, rəngi solan da,

Sevənlər aralı dayana bilmir,

Qəlblərin orbiti yaxın olanda.


Sənin bu halına mat qalıram mən,

Ruhunu, canını qoymursan dincə,

Dalğa tək sahildən çəkilməyirsən,

Taleyin tufanı səngiməyincə.


Yar oldu, nəhayət, sizə bəxt quşu,

Gözünüz-könlünüz sevinclə dolsun,

Həyat yolunuzda bu dərd yoxuşu

Təki axırıncı aşırım olsun.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov